
Bu gün, avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin görüşür. Görüşdə liderlər Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə edəcəklər. Bu, 2021-ci ildə Putinin Cenevrədə ovaxtkı Ağ ev rəhbəri Co Baydenlə görüşündən bəri iki ölkə başçıları arasında ilk üzbəüz danışıqlar olacaq.