Putin və Trampın Alyaskada planlaşdırılan görüşündən gözləntilər nədir? Azərbaycan və Ermənistan arasındakı Vaşinqton razılaşması da masada varmı? Təhlilçilər bunu istisna etmirlər.
General həmçinin 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı vəzifəsini icra edib. Azərbaycan Müdafiə Nazirliyi, hələlik, onun təyinatı ilə bağlı heç bir açıqlama yaymayıb.
"907-ci düzəliş"in ləğvi ABŞ Konqresinin səlahiyyətindədir, prezident yalnız icrasını dayandıra bilər.
ABŞ-nin builki insan haqları hesabatının Azərbaycana aid hissəsində seçki hüququndan, siyasi məhbus sayılan şəxslərdən söz açılmır.
ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqları hesabatında azad seçki hüququndan söz açılmır. Əvvəlki hesabatlarda ayrıca "Seçkilər və siyasi iştiraklılıq" bölümü olurdu, builki hesabatda isə ümumiyyətlə "seçki" sözü yoxdur.
Son günlər Rusiyadan Azərbaycana təhdid dolu açıqlamalar gəlir. Bu hədələr avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin sammitindən sonraya təsadüf edir.
Demokratiya olmadan sülh mümkündürmü? Azərbaycan beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında media azadlığının, söz azadlığının, demokratiyanın olmadığı, azad olmayan ölkələr sırasındadır. Hətta geriləyir.
Avqustun 8-də Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampla görüşdə Azərbaycanda həbsdə olan ermənilərin buraxılmasını gündəmə gətirib.
Ukraynalılar ABŞ və Rusiya liderlərinin Alyaskada gözlənən görüşünə skeptik yanaşırlar. Avqustun 15-də ABŞ prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Ukrayna prezidenti Volodimir Zelenski dəvət olunmayıb.
Azərbaycan və Ukrayna liderləri Rusiyanın SOCAR-ın neft anbarına avqustun 8-dəki hücumunu məqsədli sayırlar. SOCAR-ın Ukraynadakı anbarlarına hücuma Azərbaycan cavab verəcəkmi?
Naxçıvan sakinləri 8 avqust Vaşinqton bəyannaməsi - Ermənistandan keçəcək Azərbaycanla maneəsiz kommunikasiya haqda nə düşünürlər?
İran prezidenti Məsud Pezeşkian deyir ki, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin "Tramp yolu" (TRIPP) barədə sazişi İranın tələblərinə cavab verir. İranin ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti isə daha əvvəl demişdi ki, İran Qafqazda "Amerika dəhlizi"nin inşasının qarşısını alacaq.
Davamı