Keçid linkləri

2025, 15 Avqust, Cümə, Bakı vaxtı 22:32
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın təsviri olan matryoşkalar.
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın təsviri olan matryoşkalar.

Tramp və Putin Alyaskada görüşür

Bu gün, avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin görüşür. Görüşdə liderlər Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə edəcəklər. Bu, 2021-ci ildə Putinin Cenevrədə ovaxtkı Ağ ev rəhbəri Co Baydenlə görüşündən bəri iki ölkə başçıları arasında ilk üzbəüz danışıqlar olacaq.

Ağ evin məlumatına görə, Tramp-Putin görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Kramatorskdakı ukraynalılar Tramp-Putin görüşünə fərqli yanaşırlar

Ukraynada ön cəbhədəki Kramatorsk şəhərində müharibədən yorulmuş ukraynalılar ABŞ və Rusiya liderlərinin 15 avqust Alyaska görüşü barədə fərqli fikirdədirlər. Bəzi yerli sakinlər Rusiya bayrağı altında yaşamağı rədd edəcəklərini deyirlər. Digərləri isə sadəcə müharibənin bitməsini istəyirlər.

Tramp və Putin Alyaskaya gəlir [Canlı]

XS
SM
MD
LG