Keçid linkləri

2025, 15 Avqust, Cümə, Bakı vaxtı 17:32
Üçtərəfli bəyannamənin imzalanması.
Üçtərəfli bəyannamənin imzalanması.

Vaşinqtonda "Tramp marşrutu" razılaşması imzalandı

Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin mətnini paraflayıblar. Avqustun 8-də Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Rusiya 'Tramp marşrutu'nu öyrənir

Nə Rusiya, nə Ermənistan, nə də Azərbaycan 2020-2022-ci illərin üçtərəfli bəyanatlarından çıxdıqlarını bəyan edib.

Bunu avqustun 13-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.

Onun sözlərinə görə, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətlərində tərəfdaşlara yardım göstərməyə hazırdır, bunu Rusiya rəhbərliyi dəfələrlə bəyan edib.

"Tramp marşrutu"na gəlincə, Fadeyev vurğulayıb ki, təfərrüatları hələlik açıqlanmayan bu layihəni Rusiya XİN araşdıracaq.

Fadeyev Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 9-da verdiyi bəyanatı mahiyyətcə təkrarlayıb. "...Regiondankənar qüvvələrin cəlb edilməsi sülh gündəminin möhkəmləndirilməsinə çalışmalı və yeni ayırıcı xətlər yaratmamalıdır", - o vurğulayıb.

ABŞ-dən Rusiya və İrana "Tramp yolu" xəbərdarlığı

Dövlət Departamentinin sözçüsü Temmi Brüs "Tramp marşrutu"na qarşı çıxanlara xəbərdarlıq edib: "Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz, yaxud edə bilməyəcəyimiz barədə ehtimallar irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu saziş onun üçün vacibdir".


'Tramp yolu' ilə bağlı ABŞ-Ermənistan birgə şirkəti yaradılır

Ermənistan "Tramp marşrutu" layihəsi üçün Birləşmiş Ştatların iştirakı ilə şirkət qeydiyyatdan keçirməyi planlaşdırır.

"Ermənistanda səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək şirkətin qeydiyyata alınması planlaşdırılır, lakin bu, Birləşmiş Ştatların regionda təhlükəsizlik sferasında iştirakı demək deyil. Bu, İran tərəfini narahat edən əsas məsələlərdən biri idi və hesab edirəm ki, o, aradan qaldırılıb". Bu barədə hazırda İranda səfərdə olan Ermənistan xarici işlər naziri müavini Vaan Kostanyan IRNA agentliyinə müsahibəsində bildirib.

"Mən bura bir mesajla gəlmişəm: Ermənistan İranın mülahizələrini diqqətə alıb və "Tramp yolu" kimi tanınan nəqliyyat bağlantısı layihəsi üzrə ilkin danışıqlarda bu həssas məqamlar nəzərə alınıb", - nazir müavini əlavə edib.

Rusiya 'Tramp marşrutu'nda Ermənistanı dəstəkləyir – Overçuk

Yerevanın xeyrinədirsə, "Tramp marşrutu" məsələsində Rusiya Ermənistanı dəstəkləyir. Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün yaxşı olduğuna inanırsa, təbii ki, biz onu dəstəkləyirik", - Overçuk deyib.

O əlavə edib ki, buna baxmayaraq, tərəflərlə aydınlaşdırılmalı olan bəzi nüanslar var.

Davamı

XS
SM
MD
LG