Rusiya ilə Azərbaycan sərhədində yaranan qarşıdurma zamanı 90 azərbaycanlı saxlanıb. 10 nəfərə cinayət işi açılıb. Bu barədə Rusiyanın rəsmi informasiya agentliyi olan Ria novosti məlumat verir. Agentlik diplomatik mənbələrə istinadən yazır ki, yaxınlarda Azərbaycan nümayəndə heyətinin də Dağıstana səfəri gözlənir. İyunun 15-də Azərbaycan vətəndaşları ilə polis arasında qarşıdurmaya görə hakimiyyət nümayəndəsinin həyatına təhlükəli olan zorakılıq, başqasının əmlakına qəsdən zərər vurma ittihamları cinayət işi açılıb. Rusiya rəsmiləri hadisədə doqquz polis əməkdaşının xəsarət aldığını, beş xidməti avtomobilə ziyan dəydiyini bildirir.
Arxiv
-
Avqust 14, 2025
10 noyabr bəyanatı qüvvədə qalırmı?
-
Avqust 14, 2025
'Tramp yolu' Alyaskada müzakirə oluna bilərmi?
-
Avqust 13, 2025
Tramp '907-ci düzəliş'i ləğv edib, ya icrasını dayandırıb?
-
Avqust 12, 2025
Rusiyadan Azərbaycana təhdid bəyanatları